Martın 24-də saat 09:20 radələrində Ermənistan ordusunun Qafanda yerləşən hərbi hissəsinin atəş poliqonunda əsgər Sevak Hambasumyan başından vurulub.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, əsgər yaralı halda aşkar edilib və hospitala aparılarkən yolda keçinib.
İnsidentin təfərrüatları haqda daha sonra məlumat veriləcəyi bildirilir.