Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Erməni terrorçular Rusiya səfirliyini partlatmaqla hədələyirlər - FOTO
Ermənistanın “Sasna Tsrer” radikal partiyasının nümayəndəsi Vaaqn Avaqyan Rusiyaya qarşı hədələr səsləndirib. O, Rusiya sülhməramlılarının bu gün səhər saatlarında Şuşa şəhəri yaxınlığında Azərbaycan hərbçilərinə və sülhməramlılara qumbara atan terrorçunu Azərbaycana təhvil verəcəyi təqdirdə terror aktlarına davam edəcəklərini bildirib.
“Rusiya Norayrı Azərbaycana təhvil verərsə, növbəti qumbaralar Rusiya qoşunlarına və Rusiya səfirliklərinə doğru uçacaq”, - deyə Ermənistanın “Teleqram” kanallarından biri Avaqyanın ifadəsini sitat gətirib.
Xatırladaq ki, “Sasna Tsrer” 2016-cı ildə İrəvanda insanları girov götürməklə ad çıxaran terror təşkilatıdır. Məhkəmənin hökmü ilə “Sasna Tsrer”in üzvləri girov götürməkdə, qanunsuz silah gəzdirməkdə, silah oğurlamaqda və girovları öldürməkdə təqsirli bilinib.
Ermənilərin zəngin terror təcrübəsini nəzərə alsaq, Rusiya “strateji müttəfiq”indən ona qarşı səslənən təhdidlərə diqqətlə baxmalıdır.