Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ermənilər Moskvada Şuşanın işğalı ilə bağlı tədbir keçirəcək
Rusiyadakı erməni diasporu Azərbaycana qarşı növbəti təxribata əl atıb.
Report-un məlumatına görə, erməni diasporu tərəfindən Moskvada Şuşanın “işğaldan azad edilməsi ildönümü”nə həsr olunmuş tədbir keçiriləcək. Tədbir barədə məlumat sosial şəbəkələrdə yayılıb.
“Erməni diasporunun Azərbaycana qarşı təxribat hazırlığı ilə bağlı müvafiq dövlət strukturlarına müraciət olunub”, - bunu “Moskvanın Azərbaycan İcması” Təşkilatının rəhbəri Şamil Tağıyev bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı Rusiyanın asayiş keşikçilərinə məlumat verilib. Nəzərə çatdırılıb ki, bu, Moskvada Ermənistan və Azərbaycanın ictimai fəalları arasında qarşıdurmaya gətirib çıxara bilər.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda qazdoldurma məntəqəsində partlayış: Xəsarət alanlar var
- 2 mindən çox Ermənistan vətəndaşı ABŞ-dən deportasiya ediləcək
- Simonyan Azərbaycanla münasibətlər barədə: "Yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər"
- İrəvanda avtomobilindən Azərbaycan bayrağı asan sürücü saxlanıldı
- Ermənistan Aİ-yə üzvlük haqqında qanun layihəsinin müzakirəsini təxirə salıb