Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ermənistan Azərbaycanı veto ilə təhdid etdi
Əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük niyyətini bəyan etsə, Ermənistan veto haqqından istifadə edəcək.
Oxu.Az xəbər verir ki, bu fikirləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, KTMT-də olduğu kimi, Avrasiya İqtisadi Birliyində qərarlar iştirakçı ölkələrlə müzakirələrdən sonra verilir.
Anna Naqdalyan xatırladıb ki, eyni zamanda, Azərbaycanın KTMT-yə üzv olma imkanları analitik dairələrdə müzakirə edilir.
“Əgər bu məsələ gündəmə gəlsə, Ermənistan veto hüququndan istifadə edəcək”, - Naqdalyan qeyd edib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Lukaşenko KTMT sammitində Ermənistanın iştirak etməməsini şərh edib
- Ermənistanda Koçaryana qarşı yeni ittihamlar irəli sürülüb
- Putin: "KTMT İrəvan üçün Qarabağda döyüşməli deyildi"
- Direktor: "Yunanıstanın Ermənistana silah satması münasibətlərin soyumasına səbəb ola bilər"
- Rusiya XİN: "Moskva İrəvanın KTMT-nin işində tam iştiraka qayıtmasını gözləyir"
Rəylər