Ermənistanın Müdafiə Nazirliyi Qarabağda atəşkəsin texniki şərtlərinin işlənilməsinə başlamağa çağırır.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Biz hərbi əməliyyatların dayandırılması ilə razıyıq və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq ki, Azərbaycan və “Dağlıq Qarabağ” arasında atəşkəs rejiminin bərpa ediləməsi üçün siyasi bəyanatlardan əlavə konlret tədbirlər hazırlayıb həyata keçirmək lazımdır. Xüsusilə atəşkəs rejiminin texniki tərəflərini işləmək lazımdır”, - Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.