Ermənistanda fevralın 15-də hərbi hissəyə gedən yolun təmizləməsi zamanı T-170 buldozeri uçuruma aşıb. Nəticədə Ermənistan ordusunun müddətdən artıq xidmət edən Qaregin Minasyan ölüb, Armen Puxan və Vruyr Nersisyan isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə NEWS.am-a Ermənistan İstintaq Komitəsindən bildiriblər.
Qaregin Minasyan aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölüb, digər yaralı hərbçi isə hospitala yerləşdirilib.
Ermənistanın İstintaq Komitəsində qəza faktı üzrə cinayət işi açılıb, hadisə ilə bağlı istintaq aparılır.
N.O.
www.oxu.az