Ermənistanda kiçik çavuş, müddətli xidmət edən əsgər Vardan Artavazdoviç Melkonyanın meyiti asılmış vəziyyətdə tapılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Kədər hissi ilə bildiririk ki, iyulun 23-ü təqribən 06.30 radələrində hərbi hissələrdən birinin yaxınlığında hissəni özbaşına tərk etmiş 1998-ci il təvəllüdlü kiçik çavuş Vardan Artavazdoviç Melkonyanın asılmış meyiti tapılıb. Təhqiqat aparılır”, - deyə məlumatda qeyd olunur.
A.M.