Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistandan növbəti təxribat: İrəvan meri Xankəndiyə buraxılacaq?
İrəvan meri Ayk Marutyanın Qarabağa qanunsuz səfəri barədə məlumat yayılıb.
Bu barədə “Sputnik” Ermənistan merin mətbuat katibi Akop Karapetyana istinadən yazıb.
A.Marutyanın Xankəndidə “həmkarı” David Sarkisyanla görüşəcəyi bildirilsə də, Azərbaycan tərəfinin icazəsi olmadan, sülhməramlıların nəzarətindəki əraziyə necə daxil olmağı planlaşdırdığı qeyd olunmayıb.
Belə ki, ərazidə sülhməramlı missiya icra olunsa da, xarici dövlətin rəsmi şəxslərinin bütün səfərləri istənilən halda Azərbaycanla razılaşdırılmalıdır. Ayk Marutyanın rəsmi Bakının icazəsi olmadan iddia olunduğu kimi Qarabağa səfəri isə Ermənistanın növbəti təxribatı olmaqla yanaşı, sülhməramlı missiyanın imicinə də növbəti zərbə ola bilər.
"Ermənistan" teqi üzrə xəbərlər
- Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
- Delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüş tarixi MƏLUM OLDU
- İranda yeni radar istifadəyə verilir: Qonşu ölkələrin səması müşahidə ediləcək
- Briqada generalı Yücel Karauz: "Ermənistan ağlını başına yığmalıdır"
- Paşinyanın arzusu "Ermənistan tarixi": Erməni cəmiyyətinin faşizmdən xilası
Rəylər