Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycan sərhədinə gəlib.
Oxu.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni nazir Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonuna gəlib və buradakı müdafiə məntəqəsinə və hərbi hissənin poliqonuna baş çəkib. O həmin hərbi hissədəki vəziyyətlə və əsgərlərin sərəncamındakı silahlarla tanış olub.
Ohanyan müdafiə məntəqəsindəki yeni silahlarla tanış olduqdan sonra burada keçirilən hərbi təlimləri izləyib.
Daha sonra isə mətbuat konfransı keçirib.