Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ](https://images.oxu.az/2025/02/08/5YwLApIKLhGoYaSjolW3R2EDcPOYfHYeMXlEhjk3:1200.jpg)
Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ
"Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi hissələrin ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə əlverişli imkan yaradır:
"Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması, onlara fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması, eləcə də maarifləndirici söhbətlərin aparılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir".
"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik", - deyə məlumatda qeyd olunub.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib
- "Qış təlimi - 2025"in "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
- Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
- Azərbaycan hərbçiləri "Qış təlimi - 2025"də yüksək peşəkarlıq nümayiş etdirirlər
Rəylər