Facebook sosial şəbəkəsi Dağlıq Qarabağa qarşı yol verilmiş səhvini aradan qaldırıb.
Oxu.Az xəbər verir ki, bir müddət əvvəl Qarabağın erməni işğalçılarının Facebook sosial şəbəkəsində açdıqları və qondarma “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş səhifənin rəsmi təsdiqlənmiş statusu götürülüb.
Hazırda həmin səhifə digərləri kimi sıradan bir səhifə olaraq fəaliyyət göstərir.
Qeyd edək ki, Facebook-da rəsmi təsdiqlənmiş statusa yalnız real, hər kəs tərəfindən qəbul edilmiş şəxslər, qurumlar malik ola bilərlər. Dünyanın heç bir dövləti, hətta işğalçı Ermənistan tərəfindən tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikasının” səhifəsinə rəsmi təsdiqlənmiş statusunun verilməsi Azərbaycan tərəfindən kəskin narazılıqla qarşılanmışdı.
Məsələyə münasibət bildirən Azərbaycan XİN ölkəmizin ABŞ-dakı səfirliyi və konsulluğuna müvafiq göstərişlərin verildiyini bəyan etmiş, diaspor təşkilatları, vətəndaş cəmiyyətini məsələdə fəallıq göstərməyə çağırmışdı.
Çoxsaylı şikayətlərin qarşısını almaq üçün erməni tərəfi həmin səhifəyə Azərbaycan ərazisindən girişi məhdudlaşdırsa da, yekunda Facebook-un rəhbərliyi məsələyə obyektiv qiymət verərək, separatçıların yaratdıqları bu səhifədən rəsmi təsdiqlənmiş stautusunu götürüb.
Əvvəl

İndi
