Fransa Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli prosesini dəstəkləməyə davam edir.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Biz münaqişə tərəflərini bu istiqamətdə vicdanlı şəkildə işləməyə, xüsusilə, gərginliyi artıra biləcək addımlar atmamağa və bəyanat səsləndirməməyə çağırırıq”, - deyə Fransa XİN bəyanatında deyilir.