İranlılar üçün daim farslarla müharibə aparmış türklərin turan ordusu milli qəhrəmanlıq eposu olan “Şahnamə”dən nağıllarla səsləşir. Lakin göründüyü kimi, Ukrayna böhranı türk ölkələrini bir-birləri ilə daha da yaxın olmağa istiqamətləndirib – vahid türkdilli ordu yaradaraq, Ukrayna ssenarisinin daim onlarda təkrarlana biləcəyini xatırlamaq üçün.
Oxu.Az xəbər verir ki, bu barədə İranın “Hemayat” portalında dərc olunmuş “Şərq NATO”sunun sərhədsiz arzuları” adlı məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, müasir turan ordusu Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan qoşunlarından ibarətdir və “Avrasiyaya hərbi dəstək qüvvələri” adlanır:
“Bu hərbi blokun ilk iclası 2012-ci ildə Bakıda, Azərbaycan Respublikasının paytaxtında keçirilib. Həmin görüşdə adı çəkilən ordununun Avropa və Aralıq dənizində jandarmeriyaya hərbi dəstək qüvvələri ittifaqının alternativi qismində formalaşdırıldığı bəyan olundu. Görüşdə Türkiyə, Azərbaycan və Qırğızıstanın hərbi rəhbərlikləri iştirak ediblər.
Lakin görünür bu ittifaqa digər ölkələr də qoşulmalıdırlar. Belə ki, ilk sammitdə Monqolustan jandarmeriyasının komandanı uçuşa mane olan hava şəraiti ilə əlaqədar iştirak edə bilməyib.
Bəyan edilib ki, bu ölkənin nümayəndələri növbəti iclaslarda iştirak edəcəklər”.
Məqalədə qeyd olunur ki, bu blokun yaradılmasında məqsəd türkdilli dövlətlər arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsidir:
“Bu qoşunların mərkəzi qərargahını Ankarada təsis etmək planlaşdırılır. Bununla yanaşı, məsələ ilə bağlı tam birlik hələ yoxdur, çünki Türkiyə indiyədək NATO üzvüdür və Şimali Atlantika Alyansının, ABŞ-ın bazaları indiyədək bu ölkənin ərazisindədir. Bəzi türkdilli dövlətlərin rəyinə görə, bu, adı çəkilən ittifaqın yaradılmasını təhdid edir.
Əlbəttə ki, bu ittifaq NATO kimi təkcə hərbi blok demək deyil. Qədim müdriklik deyir ki, ümumi dil ümumi xalq doğurar. Ola bilsin məhz bu səbəbdən türkdilli ölkələr ümumi dildən istifadə edərək, vahid bayraq altında ordu və ittifaq yaratmağa can atırlar”.
Məhz 2012-ci ildə Rusiyanın informasiya agentlikləri Türkiyə və üç türkdilli Mərkəzi Asiya dövlətinin ümumi bayraq altında çıxış etmək razılığı əldə etdiyini yazdılar.
Türk mətbuatının məlumatına əsasən, o zaman Türkiyənin xarici işlər naziri vəzifəsini tutan Əhməd Davudoğlu mətbuat konfranslarından birində Türkiyə, Qırğızıstan, Azərbaycan və Qazaxıstanın vahid bayraqla bağlı razılığa gəldiklərini bildirmişdi.
Bunun əsasında, dörd ölkənin simvolu, yəni Qırğızıstanın günəşi, Azərbaycanın ulduzu, Türkiyənin ayparası və Qazaxıstanın rəngli ornamenti vahid bayrağın yaradılması üçün istifadə edilə bilər, məqalədə bildirilir.
Türkdilli dövlətlərin əməkdaşlıq şurasının Baş katibi Xəlil Akıncı həmçinin bildirib ki, Bakıda bu dövlətlərin mədəni irsi xəzinəsini, Türkiyədə isə Astana akademiyası – muzey fondunu yaratmaq planlaşdırılır.
“Lakin məsələ ilə bağlı yekun razılaşmanın əldə olunmasından iki il ötsə də, indiyədək bu ölkələrin vahid ordu yaratması barədə heç bir məlumat yoxdur”, - deyə, məqalədə vurğulanır.