ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Jan-Fransua Şarpantye iyulun 13-də mətbuat konfransında bildirib.
ATƏT-in Minsk qrupunun ünvanına tənqidləri şərh edərkən səfir bildirib ki, həmsədrlər nizamlı şəkildə işləyirlər, hələ ki, onların işini heç kim lazımsız hesab etmir.
“Fransa həmsədr ölkə kimi məqbul qərarı tapmağın tərəfdarıdır”, - səfir vurğulayıb.