Aprelin 14-dən 16-dək Qətərin Doha şəhərində "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək Litvanın Kaunas şəhərində yaralılara hospitala təxliyyədən öncəki tibbi yardım kursu, aprelin 14-dən 24-dək isə İordaniyanın Əmman şəhərində Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursu keçiriləcək.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.