Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsində hərbi helikopterlər döyüş uçuşları keçirib.
Oxu.Az-ın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müxtəlif manevrlər yerinə yetirən pilotlar şərti döyüş imitasiya olunmaqla, quru qoşunlarına dəstək vermək məqsədilə yer hədəflərinə helikopterlərdən atışlar icra ediblər.