Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hərbi hissədə komanda-qərargah təlimi keçirilib
2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin ilkin mərhələsində bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.
Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra edilib.
Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
- Azərbaycan Ordusunda əsgərlərin andiçmə mərasimlərinin vaxtı açıqlandı
- General Nizam Osmanov: "Nə prokurorluğa getmişəm, nə də dindirilmişəm"
- Azərbaycan hərbçiləri Pakistanda gəmilərin zəbt olunması təlimini icra ediblər
Rəylər