Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdikləri “Erciyes-2023” hərbi təlimləri başa çatıb.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Kayseridə yerləşən 1-ci Komando Briqada Komandanlığında keçirilən “Erciyes-2023” təlimi hava-desant əməliyyatı ilə başa çatıb. Təlim çərçivəsində 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından havaya qalxan C-130 və C-160 nəqliyyat təyyarələrindəki 180 paraşütçü komando bölgəyə eniş edib. Paraşütlə tullanan komandolar düşmənin şərti döyüş mərkəzinə qarşı əməliyyat keçirib. Terrorçulardan təmizlənən bölgədəki hədəflər PUA-larla vurulub”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, təlimlər zamanı helikopterlərdən və artilleriyadan da istifadə olunub.
Vurğulanıb ki, təlimlərə Azərbaycan, Gürcüstan, Pakistan, Liviya, İspaniya, İtaliya və Özbəkistan hərbçiləri də qatılıblar.
17:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən “Erciyes - 2023” təlimində iştirak edirlər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir.
“Erciyes - 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.