İtaliyanın Latina şəhərində NATO-nun üzv və tərəfdaş ölkələrinin qərargah zabitləri üçün “Qüvvələrin hərəkətinin və açılmasının idarəedilməsi sistemi” (ADAMS) üzrə kurs keçirilir.
Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, avqustun 22-də başlayan kursda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.
Tədbir avqustun 26-da başa çatacaq.
E.Ə.
www.oxu.az