Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə bu gün keçirilən görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.
Azərbaycanın dövlət başçısı görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğunu, bu münaqişənin həddən çox uzandığını və həll edilməsi olduğunu bildirib.
Prezident, son illər Azərbaycan-Rusiya münasibətlərində sabit, pozitiv dinamika müşahidə olunduğunu qeyd edib:
“Biz əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik və bizim regionda stabilli məsələlərində əməkdaşlıq potensialını inkişaf etdirmək əzmindəyik”.
16:50
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.
Oxu.Az Azərbaycan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş bu gün Rusiyanın Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında baş tutub.