Bu gün ABŞ-ın İraq Şam İslam dövləti (İŞİD) terror qruplaşmasını bombardman etməsindən sonra İŞİD lideri Bağdadi, ABŞ-a mesaj göndərib.
Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, səs yazısında bunlar deyilir:
“Bu mesajım ABŞ-a. Mənə qulaq asın. Sizlər İraq və Suriyada heç bir şey qazanmayacaqsınız. Çox yaxında özünüzü “İslamın oğullarının” qarşısında görəcəksiniz. Onlar sizinlə savaşmaq üçün özlərini çox yaxşı hazırlayıblar.”
Qeyd edək ki, səs yazısının Bağdadiyə məxsus olması hələ təsdiq olunmayıb.