Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının təqdimetmə müddəti dəyişir
İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdimetmə müddəti dəyişdirilir.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qanuna əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra - təşkilatlar), müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il sentyabrın 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
Dəyişikliyə əsasən isə, sentyabr ayı oktyabr ayı ilə əvəz edilir.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisdə yeni TƏYİNAT
- Deputat bir sıra şəxslərin müvafiq vəsait qarşılığında hərbi xidmətdən azad olunmasını təklif edib
- Təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir
- Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırıla bilər
- Silahlı Qüvvələrin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır
Rəylər