Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İşğaldan azad edilmiş ərazilərimizdə İran hərbçiləri ilə birgə təlim keçirilir
Azərbaycanda keçirilən "Araz-2025" birgə təlimi üçün İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hər iki ölkənin təlim rəhbərləri və digər yüksəksəviyyəli üzvləri arasında görüş keçirilib.
Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Qeyd edək ki, "Araz - 2025" birgə təlimi işğaldan azad edilmiş ərazilərimizdə mayın 21-dək davam edəcək.

"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Azərbaycan hərbi gəmiləri Qazaxıstana yola düşdülər
- İran İsrailə raket hücumuna başladı: Tel-Əviv və Qüdsdə PARTLAYIŞLAR - 63 nəfər yaralandı
- Zakir Həsənov Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə regional təhlükəsizliyi müzakirə edib
- Zakir Həsənov İrana başsağlığı verib