Ermənistan Dağlıq Qarabağın işğalı siyasətini davam etdirə bilməz. İşğal siyasəti heç vaxt uğur gətirə bilməz.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz bu gün Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Türkiyəli nazirin sözlərinə görə, erməni xalqının rifaha ehtiyacı var:
“Bunun yolu sülhdən keçir. Sülhün isə necə əldə olunacağı bəllidir. Bu, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllidir. Türkiyə bundan kənarda başqa bir həll yolunu dəstəkləmir. Türkiyə Azərbaycan xalqının yanındadır”.
Elvin Şirinli
www.oxu.az