Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Köçəryan: Bütün bunlar Qarabağdakı vəziyyətdə öz əksini tapacaq
Ermənistanda siyasi sahənin enerjili “təmizlənməsi” hakimiyyətə qarşı qüvvələrin konsolidasiyasına və siyasi sarsıntıların perspektivinə gətirib çıxaracaq.
Bu barədə Ermənistanın sabiq prezidenti Robert Köçəryan öz qeyri-rəsmi saytına verdiyi müsahibəsində bildirib.
Oxu.Az “Novosti-Armeniya”ya istinadən xəbər verir.
ERP-nin Şura iclasında fevralın 12-də çıxış edən, Ermənistan prezidenti Serj Sarkisyan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanı kəskin tənqid atəşinə tutub, əsasən də Sarukyanın siyasi aktyor kimi ölkə üçün təhlükəli olduğunu vurğulayıb.
“Bilmirəm bu, prezidentin nəyinə lazım idi?! Əgər niyyət Qaqik Sarukyana təzyiq edərək ÇEP-i ləğv etmək idisə, bu, effekt vermədi. Əksinə, müxalifət sahəsində leksika və məqsədlərin kəskin radikallaşması ilə sıxlaşmanın əlamətləri göz qabağındadır”, - sabiq prezident qeyd edib.
Onun sözlərinə görə, ÇEP-i pisləmək mümkün olmadı, “arqumentlər qənaətbəxş olmadı”.
Köçəryan qeyd edib ki, ÇEP-in liderinə qarşı istənilən davranış, hamı tərəfindən qanuni əsası olmayan siyasi təqib kimi qiymətləndiriləcək.
“Ölkədə sosial gərginliyi və narazıçılığı, eləcə də ÇEP-in və onun liderlərinin ölkədə populyarlığını nəzərə alsaq, hakimiyyətin siyasi sahəni “enerjili” şəkildə təmizləməsi, hakimiyyətə qarşı qüvvələrin konsolidasiyasına və siyasi sarsıntıların perspektivinə gətirib çıxaracaq”.
O həmçinin qeyd edib ki, bütün bu baş verənlərin iqtisadiyyatda, Qarabağda cəbhə xəttində və “erməni soyqırımı”nın 100 illik yubileyinə hazırlıqlarda necə təzahür edəcəyini ehtimal etmək çətindir.
Eyni zamanda Köçəryan hesab edir ki, hakimiyyətin yaranan vəziyyətdən çıxış yolu mövcuddur, dayanmaq, ÇEP-in liderinə qarşı fəal administrativ qərarlar qəbul etmək lazım deyil, apponentlər ilə qarşıdurmada siyasi müstəviyə qayıtmaq lazımdır.
Sabiq prezidentin qeyd etdiyi kimi, onsuz da ölkə yetərincə ağır problemlərlə yüklənib və onların həlli cəmiyyətin maksimal şəkildə konsolidasiyası, insanların ölkənin gələcəyinə olan inamlarının bərpa edilməsi əsasında mümkündür.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb