Erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır. Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir.
Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.