Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryö (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə edilib.