Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Müdafiə Nazirliyindən düşmənə cavab zərbəsi barədə – AÇIQLAMA
Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycanın guya münaqişə zonasında ABŞ istehsalı olan TR-107 reaktiv yaylım atəş sistemlərindən istifadə etməsinə dair məlumatlarını təkzib edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Haqqin.Az saytı Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub”, - məlumatda deyilir.
MN-dən bildiriblər ki, Ermənistan Müdafiə Nazirliyi öz yalanında dolaşıb, çünki TR-107 reaktiv yaylım atəş sistemləri ilk növbədə ABŞ yox, Türkiyə istehsalıdır. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri bu silahdan istifadə etməyib.
Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
S.B.
www.oxu.az