Hindistanın Qərbi Benqal ştatının Mürşüdabad rayonunda uşaq oğurluğunda günahkar bilinən əqli qüsurlu Otera Bibi adlı qadın amansızcasına kütlə tərəfindən öldürülüb.
Oxu.Az Daily Mail-ə istinadən xəbər verir ki, qadın 10 yaşlı qızın oğurlanmasında ittiham olunub.
Qəzəbli kütlə ona hücum edib, Otera isə səhhətində olan problemlərə görə, günahkar olmadığını deyə bilməyib.
Yerli sakinlər onu soyundurublar, saçlarını qırxıblar və üç saat ərzində daşlayıblar. Polis gələndə qadın artıq huşunu itirmişdi. Üç saat sonra o xəstəxanada dünyasını dəyişib.
Polis faktla bağlı araşdırmaya başlayıb, və ilk olaraq bu şayiələri yayan şəxsləri axtarır.
S.B.
www.oxu.az