Yanvarın 13-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri bazası ilə tanışlığı da nəzərdə tutulub.
Səfər yanvarın 16-dək davam edəcək.