Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mülki aviasiya sahəsində xidmətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir
Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.
Oxu.Az xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:
Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi - 15 manat
Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi - 15 manat
Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi - 10 manat
Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi - 10 manat
Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi - 10 manat
Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi - 10 manat
Sözügedən məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə olunub.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Ambulator müalicə alan xəstələrə ŞAD XƏBƏR: Sağlamlıq təminatı yeni mərhələyə qədəm qoyur
- Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb
- Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı yeni qayda
- Milli Məclisin sədri Rusiyaya səfər edib
- Şimali Kipr prezidentinin müşaviri: "Azərbaycanın ölkəmizdə nümayəndəlik açmasını arzu edirik"