Ermənistan İranın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində təmkinli mövqeyini dəyərləndirir.
Oxu.Az “Novosti Armeni”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan fevral ayının 2-də 2015-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
E.Nalbandyan İranın Dağlıq Qarabağ münaqişəsinin həllində həqiqətən maraqlı olduğundan əminliyini qeyd edib.
“Biz bu məsələ üzrə İranın təmkinli mövqeyinə dəyər veririk”, - Ermənistan XİN rəhbəri bildirib.