Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

NATO-nun İstanbuldakı mərkəzində Azərbaycan bayrağı qaldırılıb
Türkiyənin İstanbul şəhərində yerləşən Şimali Atlantika Müqaviləsi Təşkilatının Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində (NATO DTMM) iyunun 2-də Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mərkəzin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin sədası altında Dövlət Bayrağımız qaldırılıb.
Mərasimdə çıxış edən NATO DTMM-nin rəisi 1-ci dərəcəli kapitan Mehmet Cengiz Ekren dəniz təhlükəsizliyinin qlobal ticarətdə, beynəlxalq əməkdaşlıqda və kollektiv təhlükəsizlikdəki rolunu vurğulayaraq, onun bugünkü qloballaşan dünyadakı həlledici əhəmiyyətini qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının NATO DTMM-yə beşinci üzv kimi qəbul edilməsinin mühüm proses olması və mövcud üzv ölkələr - Türkiyə, Yunanıstan, Portuqaliya və Rumıniya ilə birlikdə dəniz təhlükəsizliyinin gələcəyini formalaşdırmaq öhdəliyinin göstəricisi olduğu vurğulanıb. Çıxışda, həmçinin 2025-ci ildən etibarən üç il müddətinə NATO DTMM-də "EDU/007 - Təhsil üzrə qərargah zabiti" vəzifəsinə təyin edilmiş 3-cü dərəcəli kapitan Murad Eldar oğlu Muradovun xidmət müddətində qazandığı təcrübəni öz ölkəsində uğurla tətbiq edəcəyi əminliklə vurğulanıb.
Mərasimin sonunda Azərbaycan Respublikasının NATO DTMM-yə töhfə verən ölkə olaraq qatılması şərəfinə zabitimizə xatirə hədiyyəsi təqdim edilib.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
- Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüblər
- Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfərə gedib
- Əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək
- Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib