Qazaxda güclü külək yaşayış binasının dam örtüyünü uçurub.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, güclü külək rayonun Azadlıq küçəsi 208 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün 300 kv.m hissəsini uçurub.