Ötən gündən ölkə ərazisində hökm sürən güclü külək bir sıra bölgələrdə fəsadlara səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Bildirilib ki, Xaçmaz və Göyçay rayonlarında güclü külək nəticəsində irigövdəli ağaclar qırılaraq avtomobil yollarının üzərinə aşıb. Bu səbəbdən yolların hərəkət üçün bağlandığı və nəqliyyatın hərəkətində çətinlik yarandığı qeyd olunub.
Hazırda bölgələrdə qeyri-sabit və küləkli hava şəraiti davam edir.
Qaynar xətt:
(055) 224 12 12