Martın 11-də Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də, avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Təlimlər martın 15-dək davam edəcək.
Ordumuz təlimə başladı: 10 min hərbçi və 500 tank - VİDEO
Rəylər