Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ordumuzun qırıcılarının təlimindən GÖRÜNTÜLƏR
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib:
"Hərbi pilotlar tərəfindən qalxma və enmə, aşağı, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub. Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər".

"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
- XİN-dən Ermənistan baş nazirinin ofisinin sərhəddə atışma ilə bağlı bəyanatına CAVAB
- Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib
- Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edilib