Ermənistan baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.
News.am-ın məlumatına görə, onu Xankəndi aeroportunda separatçıların lideri Bako Saakyan qarşılayıb.

14:44
Ermənistan baş naziri Nikol Paşinyan martın 11-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gələcək.
Bununla bağlı “Armenpress” məlumat yayıb.
Baş nazir aparatının mətbuat xidmətindən bildirilib ki, səfər zamanı Paşinyan separatçıların rəhbərləri ilə görüşlər keçirəcək.