Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paşinyan “qondarma rejimi” “silkələyir”
Ermənistanda keçirilən parlament seçkilərində qələbə qazanan Nikol Paşinyan ona qarşı çıxan Qarabağ separatçılarının rəhbərlərini dəyişməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bununla bağlı Ermənistanın “Qraparak” nəşri məlumat yayıb.
Məlumata görə, artıq Azərbaycanın işğal edilmiş torpaqlarında qurulan qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Levon Mnatsakanyan istefaya göndərilib.
Yaxın vaxtlarda Qarabağ separatçılarının lideri Bako Saakyanın, onun “müşaviri” Arşavir Qaramyanın və qondarma rejimdə “təhlükəsizlik şurasının sədri” vəzifəsini icra edən Vitali Balasanyanın da istefaya göndərilməsi planlaşdırılır.
Nəşr bildirib ki, Paşinyan Saakyanı Araik Arutyunyanla əvəz edəcək. Arutyunyan parlament seçkilərində separatçılar arasında Paşinyanı dəstəkləyən yeganə şəxs olub.
“Bu vəziyyət Yerevanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma “dövlət qurumu”nun saxtakarlığını və bu rejimin Dağlıq Qarabağ münaqişəsinin həllində üçüncü tərəf kimi göstərilə bilməyəcəyini bir daha sübut edir”, - nəşr qeyd edib.
Samir İsayev
www.oxu.az
Oxu.Az yeniləndi!
"Azərbaycan" teqi üzrə xəbərlər
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
- Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib