Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyanın oğlu xidmət etmək üçün Qarabağa getdi
Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan müddətli həqiqi hərbi xidmətə yollanıb. O, xidmətini Qarabağda keçəcək.
Oxu.Az xəbər verir ki, bu məlumatı Ermənistanın İctimai televiziyasının informasiya şöbəsinin müdiri Vaaqn Tevosyan “Facebook” hesabında yazıb.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan vətəndaşlarının Azərbaycanın işğal olunmuş torpaqlarında xidmət keçməsi beynəlxalq hüquq və normalarının, hətta Ermənistan qanunlarının pozulması deməkdir.
Azərbaycanlı ekspertlərin fikrincə, Paşinyan oğlunun başı ilə risk edir. Aşot Paşinyan işğal olunmuş Qarabağ ərazisində erməni tərəfinin atəşkəsi pozması halında Azərbaycan tərəfinin cavab atəşi açması zamanı alnından güllələnə bilər.
Əli Məmmədov
www.oxu.az
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanın milli qəhrəmanı 44 günlük müharibə ilə bağlı saxlanıldı
- Ermənistan aviaşirkətinə Moldovaya uçuşlar qadağan edilə bilər
- Ermənistan-Gürcüstan sərhədində güclü yanğın
- İrəvan-Tehran reysi Təbriz hava limanında məcburi eniş edib
- Prezidentdən dünyaya mesaj: Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir
Rəylər