Əsgərlərin hərbi xidmətlə bağlı məruz qaldıqları ən amansız psixoloji təsir mülki həyatdan və KİV-lərin ordu həyatı, hərbi xidmət barədə yazdıqları yalanlardan irəli gəlir.
Oxu.Az “AzeriDefence” jurnalına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi, polkovnik Rüfət Əmirov Nazirliyin “Azimut” bülletenində nəşr olunmuş tədbirlərin birindəki çıxışında bildirilib.
Bir sıra hallarda bəzi qüvvələrin ordu ilə cəmiyyət arasında uçurum yaratmaq, ordunun imicini ləkələmək üçün çalışdıqlarını qeyd edən nazirlik rəsmisi özəl TV və radio kanallarını tənqid edib:
“Bəzi özəl televiziya və radio kanalları gəncləri işğal altında olan torpaqların təəssübünü çəkməyə yox, restoranlara, barlara çağırır. Mənasız, bayağı şoular təşkil edərək kosmopolit düşüncə və əxlaq tərzini təbliğ edirlər”.