Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Vyanadakı görüşünü şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təvazökar nikbinlik üçün əsas olduğunu bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Jurnalistin iki prezidentin görüşü və “münaqişənin kəskin fazasının arxada qaldığını demək olarmı?” sualına Kremlin nümayəndəsi belə cavab verib:
“Şübhəsiz, bizim xarici işlər naziri zəruri qiymətləndirmələri etdi. Biz ümid etmək istəyirik ki, daha dayanıqlı dövrün davam etməsinə imkan verəcək təvazökar nikbinlik üçün əsas var”.