Öz ailəsi ilə Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionunda olan rusiyalı milyonçu German Sterliqov yaxın bazar ertəsi mətbuat konfransı keçirəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, Vkontakte-dəki şəxsi səhifəsində yazıb.
“Bu gün dağdan düşdüm, internetə girdim və təəccübləndim. Yaxın bazar ertəsi mətbuat konfransı elan edirəm. Keçirilmə yeri – çiçəklənən bağ Dağlıq Qarabağ, qədim erməni şəhəri Şuşa. Günorta. Keçirilmə ünvanı: Kazançetsots küçəsi, 58. Akkreditasiya +37497178343 telefonu ilə”, - deyə, Sterliqov qeyd edib.
“Ezamiyyət götürün gəlin, əziz jurnalistlər və siz həqiqəti biləcəksiniz”, - deyə, iş adamı əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl iş adamının vəkili Artur Ayrapetov “Kommersant”a müsahibəsində Sterliqovun ailəsi ilə Dağlıq Qarabağa köçdüyünü bildirmiş, lakin bunun səbəblərini açıqlamamışdı.