Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağ münaqişəsinin tərəflərində əsirlərin olması barədə məlumatı yoxdur.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BQXK-nın Ermənistanda əlaqə proqramları üzrə nüməyəndəliyinin rəhbəri Zara Amatuni bildirib.
“Bu günə qədər biz münaqişə tərəflərində əsirlərin olması barədə rəsmi məlumat almamışıq. BQXK-nın mandatına əsasən, bizim münaqişə tərəflərində hərbi əsirin olması barədə məlumatımız olsa, onlara baş çəkmək hüququmuz var”, - o deyib.