Ötən gecə cəbhədə döyüş baş verib.
Oxu.Az xəbər verir ki, erməni KİV-in məlumatına görə, Azərbaycan ordusunun əsgərləri iki işğalçını məhv ediblər.
Bunlar 1996-cı il təvəllüdlü Aqasi Qriqoryan və 1996-cı il təvəllüdlü Ruben Aleksanyandır.
Bundan başqa, bildirilir ki, dekabrın 17-də daha bir işğalçı – müqavilə əsasında xidmət aparan Qor Oqanyan (1992-ci il təvəllüdlü) həlak olub.