Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qarabağda döyüşlər: Erməni generalının əmisi oğlu yaralanıb
Mayın 9-da Erebuni tibb mərkəzinə Ermənistan Milli Məclisinin deputatı, general Seyran Saroyanın əmisi oğlu Artur Saroyan yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Onların məlumatına görə, 32 yaşlı Saroyan işğal edilmiş Dağlıq Qarabağa aprelin 3-də yola düşüb və Kəlbəcər rayonu ərazisində Ömər aşırımında olub.
Qarın nahiyəsindən yara alan Saroyan intensiv terapiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Qeyd edək ki, erməni generalı Seyran Saroyan (fotoda -red.) Qarabağda müharibə zamanı hərbi əsirlərə və regionun azərbaycanlı dinc əhalisinə qarşı xüsusi amansızlığı ilə seçilib.
"Ermənistan" teqi üzrə xəbərlər
- "Haber Global": "Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır"
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistana köçürür? - Pentaqondan AÇIQLAMA
- İsveç Xarici İşlər Nazirliyi sülh sazişi ilə bağlı Azərbaycan və Ermənistana çağırış etdi
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Ermənilər müharibəyə hazırlaşırlar - Postlardan görüntülər