Cəbhə xəttində atışma nəticəsində erməni hərbçisi yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə erməni KİV yazır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni silahlı qüvvələri 60 mm minaatanlardan da istifadə edərək cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 120 dəfə pozublar.