İşğal edilmiş Dağlıq Qarabağda qoşunların təmas xəttində erməni əsgəri ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata əsasən, bu gün saat 01:15 radələrində Dağlıq Qarabağın şimal istiqamətində yerləşən Ermənistan ordusunun hərbi hissələrinin birində 20 yaşlı Arutyun Xaçatryan ölümcül güllə yarası alıb.
Hadisənin təfərrüatının aydınlaşdırılması üçün araşdırma aparılır.
S.B.
www.oxu.az