Dünyaca məşhur “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, fotoqraf bu haqda “Instagram” hesabında yazıb:
“Azərbaycan - Qarabağ. Edilli kəndində 1992-1993-cü illərdə Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən 12 nəfərin kütləvi məzarlığı aşkar edilib. 4 200 azərbaycanlı itkin düşüb və Ermənistan onların başına gələnlərlə bağlı heç bir məlumat vermir. Bu, 1992-ci ildən 2020-ci ilə qədər ermənilərin yaşadığı bu kənddə tapılan üçüncü kütləvi məzarlıqdır”.
View this post on Instagram
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan xanımının tənqidlərindən danışdı: "Mənə yönəlmiş irad kimi qəbul edirəm"
- Paşinyan vəzifədən getməsi ilə bağlı şərtlərini açıqladı
- "Ya siz məni, ya da mən sizi..." - Paşinyan istefaya getmək üçün şərt qoydu
- Ermənistanda hərbi qulluqçunun meyiti tapıldı
- Ermənistanın baş naziri: "Sizi siyasi bomjlara çevirəcəyik!"
Digər xəbərlər