Rusiya Azərbaycana “T-90C” tanklarının tədarükü ilə bağlı bütün öhdəliklərini yerinə yetirib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Uralvaqonzavod” ASC-nin baş direktoru Oleq Siyenko deyib.
“Üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirdik”, - Siyenko TASS nəşrinin müvafiq sualını cavablandırarkən bildirib.
Qeyd edək ki, Rusiya ikitərəfli müqavilələr çərçivəsində Azərbaycana “T-90C” tankları, “BMP-3”, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərir.